Şuşaya atılan “İsgəndər-M”... – Rusiyanın sabiq vitse-premyeri

Şuşaya atılan “İsgəndər-M”... – Rusiyanın sabiq vitse-premyeri

5 Aprel 2021 15:42
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya baş nazirinin keçmiş müavini Alfred Kox Şuşada tapılan İsgəndər-M raketlərinin qalıqlarıyla bağlı fikrini bölüşüb.

Oxuməni.az xəbər verir ki, Rusiya hökumətinə müxalifətdə yer alan Kox “İsgəndər”ləri bahalı metal yığıntısı adlandırıb.

Alfred Koxun yazısını təqdim edirik:

Bakı Qarabağda “İsgəndər”lərin qalıqları barədə danışdı. Bundan nə çıxır? Bundan çox şey başa düşmək olar. Dərhal ağıla gəlir:

1. Nikol Paşinyan Azərbaycana qarşı Rusiyanın “İsgəndər” raketlərindən istifadə haqqında deyəndə yalan söyləmirdi. Yəni bu həqiqətdir, amma Moskvanın bağırmasından sonra o, sözlərini geri götürdü;

2. Azərbaycana qarşı “dqr” “ordusu” yox, erməni və rus ordusu vuruşub, çünki “dqr” “ordusu”nun silahlanmasında “İsgəndər” yoxdur;

3. Ya Rusiya Ermənistana eksport olmayan variantı tədarük edib, ya da Şuşadakı Azərbaycan bölmələrinə rusların özləri 102-ci bazadan atəş açıblar;

4. Beləliklə, Paşinyan “İsgəndər”lərdən istifadə heç nə vermədi, çünki onlar partlamadılar” deyəndə haqlı idi. Əks halda Şuşada ciddi dağıntılar barədə məlumatlar olardı. Yəni raketlər uçdular və sadəcə dəmir tullatısı kimi yerə düşdülər.

Bundan hansı nəticəni çıxarmaq mümkündür? Rus texnikası sadəcə bahalı metal tullantısıdır. Ermənilər pullarını küləyə sovurublar.

Məncə, azərbaycanlılar əslində kimlə vuruşduqlarını yaxşı bilirlər.

P.S. Qoy Putin bundan sonra öz cizgi filmlərini göstərib, əbədi atom mühərrikli səsdən sürətli raketlərindən danışsın. Bu artıq heç kimi qorxutmur.