Baş Hərbi Kəşfiyyat İdarəsi: “Rusiya qoşunları ölkənin dərinliklərinə doğru irəliləyə bilər...”

Baş Hərbi Kəşfiyyat İdarəsi: “Rusiya qoşunları ölkənin dərinliklərinə doğru irəliləyə bilər...”

2 Aprel 2021 16:35
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Müdafiə Nazirliyinin Baş Hərbi Kəşfiyyat İdarəsi Rusiyanın Kiyevi “ölkənin şərqindəki işğalçıların hərəkətlərinə hərbi cavab verməyə məcbur etməyə yönəlmiş kompleks tədbirlər planı” üzrə hazırlıqları başa çatdırdığını bildirir.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna KİV-ləri yazır.

Sitat: “Rusiya habelə qondarma “Donets xalq respublikası” və “Luqansk xalq respublikası” ərazilərindəki hərbi iştirakını da genişləndirməyi planlaşdırır, bunu qondarma respublikalardakı Rusiya vətəndaşlarının (əslində isə son illər məcburən Rusiya pasportları verilmiş Ukrayna vətəndaşlarından söhbət gedir) müdafiəsi zərurəti ilə motivasiya edir. Bundan əlavə, Rusiya işğalçı qoşunlarının Ukrayna ərazilərinin dərinliklərinə doğru irəliləməsi cəhdləri də istisna deyil”.

Baş Hərbi Kəşfiyyat İdarəsi habelə bildirir ki, Rusiyanın xaricdəki diplomatik nümayəndəlikləri və KİV-ləri “Ukrayna Silahlı Qüvvələrinin aqressiv hərəkətləri və Rusiyanın buna cavab olaraq həyata keçirdiyi “sülhməramlı tədbirlər” barədə” informasiyaları dünya ictimaiyyətinə çatdırmağa, bu hadisələri işıqlandırmağa hazır olmaq tapşırığı verilib.

Xatırladaq ki, aprelin 30-da Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Ruslan Xomçak Rusiyanın sərhədə 58 batalyon-taktiki qruplaşması cəmləşdirməkdə olduğunu bildirib. O cümlədən Krıma əlavə Rusiya ordu qüvvələri yeridilir.

Ukraynanın şərqində artmaqda olan gərginlik, irimiqyaslı müharibə təhlükəsi və Rusiyanın sərhədə qoşun cəmləşdirməsi ABŞ-ın Avropadakı silahlı qüvvələrinin komandanlığını (EUCOM) ən yüksək hərbi təhdid səviyyəsi elan etməyə məcbur edib. Bu haqda “The New York Times” yazır. Bildirilir ki, komandanlıq Ukraynanın şərqindəki vəziyyəti «WATCHCON» sistemi üzrə “mümkün böhran” səviyyəsindən “potensial olaraq yaxınlaşmaqda olan böhran” səviyyəsinə keçirib. Bununla əlaqədar olaraq qoşunlarda ən yüksək döyüş hazırlığı vəziyyəti elan edilib.

Bundan əvvəl ABŞ müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarına zəng vuraraq bildirib ki, Rusiya müdaxilə etsə Birləşmiş Ştatlar Ukraynanı tək qoymayacaq və ona dəstək verəcək.