Ukrayna ABŞ-dan Rusiyaya yeni sanksiya rejimi tətbiq edilməsini gözləyir

Ukrayna ABŞ-dan Rusiyaya yeni sanksiya rejimi tətbiq edilməsini gözləyir

6 Mart 10:19
79
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Prezident Aparatı Co Bayden administrasiyasından Rusiyaya yeni sanksiya rejimi tətbiq edilməsini gözləyir.

Oxuməni.az xəbər verir ki, bu barədə danışan Ukrayna PA rəhbərinin müavini Yuliya Sviridenko sanksiyaların münaqişə bitənə qədər qüvvədə qalmalı olduğunu deyib.

"ABŞ Ukraynadakı müharibə bitənə qədər yeni hərtərəfli sanksiya rejiminin tətbiq olunmasını düşünərsə, biz çox minnətdar olacağıq. Və bu sanksiyalar şərq əraziləri və Krım tamamilə Ukraynanın nəzarətinə qaytarılana qədər qüvvədə qalmalıdır. Yeni sanksiyaların "Şimal axını 2" qaz kəməri layihəsinə tətbiq olunması vacibdir", - Y.Sviridenko qeyd edib.

Oxuməni.az