Rusiya Qarabağa qaytarılan ermənilərin sayını şişirdir

Rusiya Qarabağa qaytarılan ermənilərin sayını şişirdir

5 Mart 2021 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı (UNHCR) son hesabatında Dağlıq Qarabağa qayıtmış və qaytarılmış erməni köçkünlərlə bağlı statistikanı açıqlayıb.

Əsas mənbə olaraq Rusiya Müdafiə Nazirliyinin, Xankəndidəki separatçıların və UNHCR-in özünün rəqəmlərdən istifadə olunub.

Oxuməni.az-ın məlumatına görə, araşdırmaçı jurnalist Elçin Alıoğlu bildirib ki, hesabatdan bəlli olur ki, Rusiya Müdafiə Nazirliyinin Xankəndinə qayıtmış və qaytarılmış ermənilərlə bağlı bəyan etdiyi statistik rəqəmlər ən azı 2 dəfə şişirdilib.

“Belə ki, sözügedən nazirlik Qarabağa təqribən 50 min erməninin qayıtdığını bəyan etsə də, UNHCR-in hesablamalarına görə, bu ermənilərin sayı 20 mindən artıq deyil.

Üstəlik, ötən ilin dekabr ayının ortalarından etibarən erməni qaçqınları daşıyan və İrəvan-Xankəndi marşrutu ilə hərəkət edən avtobusların sayı həddən ziyadə azalıb.

Ekspertlər hesab edirlər ki, qarabağlı ermənilər Qarabağda daimi yaşamaq istəməyən və imkan düşən kimi, Ermənistana, yaxud Rusiyaya yollanmaq istəyənlərin sayı sürətlə artır.

Qarabağa qayıdan ermənilərin təxminən 40 faizi isə sadəcə, evlərini və daşınan əmlaklarını sataraq geriyə, Ermənistana qayıtmaq üçün Xankəndinə yollanıblar”.

Oxuməni.az