Ukrayna NATO və Rusiya arasında müharibə meydanına çevriləcək

Ukrayna NATO və Rusiya arasında müharibə meydanına çevriləcək

5 Mart 09:15
193
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın Rusiya ilə müharibədə qalib gəlməsi sərhədlərimizin 2014-cü ilə qədərki vəziyyətinin bərpa edilməsi deməkdir.

Oxuməni.az xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəhbəri Viktor Mujenko deyib.

O bildirib ki, Rusiyada imperiya davranışları hələ qalmaqdadır və bu ölkə aqressiv əməllərindən imtina etmir. Mujenko əlavə edib ki, Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibə ehtimalı hələ də mövcuddur:

“Təcavüzkar ölkə Krımdakı su böhranı səbəbindən 2014-cü ildəki reallaşmamış planlarına qayıda bilər”.

Qərargahın sabiq rəhbəri Ukraynanın NATO və Rusiya arasında müharibə meydanına çevriləcəyini də istisna etməyib.

Oxuməni.az