ABŞ rus hərbi gəmilərini batırmağa hazır idi - Plan niyə baş tutmadı?

ABŞ rus hərbi gəmilərini batırmağa hazır idi - Plan niyə baş tutmadı?

4 Mart 2021 16:35
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın 2018-ci ilin aprelində Suriyaya hava zərbələri endirdiyini xatırladan “Fox News” iddia edib ki, əgər Rusiya hərbi gəmiləri buna qarşılıq versəydi, ABŞ donanmasına aid USS John Varner sualtı qayığı onları batıracaqdı.

Oxuməni.az-ın verdiyi xəbərə görə, 2018-ci ilin aprelində USS John Varner qayığı Suriya ərazilərinə 6 ədəd Tomahavk raketi buraxıb və rus hərbi gəmilərindən ola biləcək qarşılığı gözləməyə keçib.

“2018-ci il hücumu zamanı müharibədə ilk dəfə istifadə edilən "Virginia" sinifli sualtı qayıq Rusiyanın bölgədə yerləşdirilən ABŞ gəmilərinə yönəlik potensial tədbirlərinə qarşılıq verməyə hazır idi”,- Fox News bildirib.

Kanal ABŞ gəmilərindən birinin tələ rolunu oynadığını və gəmidə olan hərbçilərin Suriyaya raket atmadığına diqqət çəkərək bildirib ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin bu tələ gəmisinə verəcəyi cavab rus gəmilərinin hədəfə alınmasına səbəb olacaqdı.

Xatırladaq ki, 2018-ci il aprelin 14-də ABŞ, İngiltərə və Fransa Suriyada hökumətin kimyəvi silahlarının olduğu obyektlərə zərbələr endirmişdi.