Vazgen Manukyana ölkəni tərk etmək qadağan olundu

Vazgen Manukyana ölkəni tərk etmək qadağan olundu

4 Mart 15:59
213
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistanın vahid müxalifətinin lideri, baş nazirliyə namizəd Vazgen Manukyana ölkəni tərk etmək qadağası qoyulub.

Oxuməni.az xəbər verir ki, V.Manukyan İstintaq Komitəsinə çağırılıb.

Qeyd olunur ki, müxalifət lideri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə fevral ayında keçirilən mitinqlərdə hakimiyyəti güc yolu ilə ələ keçirməyə çağırışlar etməkdə ittiham olunub.

Ermənistan İstintaq Komitəsi Vazgen Manukyandan ölkəni tərk etməmək barədə iltizam alaraq sərbəst buraxıb.

Öz növbəsində Birləşmiş müxalifətin baş nazirliyə namizədi, sabiq baş nazir Vazgen Manukyan ona qarşı açılan cinayət işini siyasi motivli hesab edir. O, bunu Ermənistan İstintaq Komitəsinin binasının girişində jurnalistlərə verdiyi açıqlamada bildirmişdi..

“Mənə verəcəkləri suallar məni maraqlandırmır, çünki heç birinə cavab vermək, eləcə də hər hansı bir dəlil təqdim etmək niyyətində deyiləm. Nə istəyirlər, etsinlər”, - Manukyan qeyd edib.

O, mübarizəsini davam etdirmək və Ermənistan Baş naziri Nikol Paşinyanın istefasına nail olmaq niyyətində olduğunu deyib. Manukyan həbs ediləcəyi təqdirdə minlərlə başqa vətəndaşın bu işi davam etdirəcəyini bildirib.

Qeyd edək ki, Vazgen Manukyan bundan əvvəl ifadə üçün İstintaq Komitəsinə çağırılıb. Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 301-ci (Ermənistan Respublikasının konstitusiyasını zorakılıqla dəyişdirilməsinə açıq çağırışlar) maddəsi üzrə cinayət işi açılıb. Manukyan Ermənistan Silahlı Qüvvələrini Paşinyanı devirmək və parlamenti ələ keçirməyə çağırmışdı. O, hakimiyyəti sürətlə ələ keçirmək üçün plan hazırladığını da demişdi.

Oxuməni.az