ABŞ regionda nələrsə planlaşdırır

ABŞ regionda nələrsə planlaşdırır

4 Mart 2021 09:10
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın çox böyük planları var. Bu planların reallaşdırılması üçün Türkiyə ilə münasibətlərin yoluna qoyulması və Ankaranın Moskvadan uzaqlaşması gərəkdir.

Oxuməni.az xəbər verir ki, bu sözləri türkiyəli ekspert Mete Yarar ABŞ və Yunanıstan arasında gizli əməkdaşlıqla bağlı yayılan xəbərləri şərh edərkən deyib.

“ABŞ Yunanıstanda hərbi bazalar yaradır. Ötən gün biriləri Yunanıstanda da Balyoz və Ergenekon bənzəri hadisələrin olması ehtimalını istisna etməmişdi. Yəni, bizdəkinə bənzər (Türkiyə) olayların olacağını söyləyirlər. Yunanıstan böyük əməliyyata hazırlaşır. ABŞ regionda nələrsə planlaşdırır və bu planda Türkiyəyə möhtac olduğunu nümayiş etdirir. Nələrsə yaxınlaşır, gözləyirik”, - deyə politoloq bildirib.

Oxuməni.az