ABŞ  hərbi qüvvələrini Suriyanın təbii sərvətlərini talan etmək üçün oraya göndərir

ABŞ hərbi qüvvələrini Suriyanın təbii sərvətlərini talan etmək üçün oraya göndərir

3 Mart 2021 09:28
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ İraqdakı hərbi qüvvələrini Suriyanın təbii sərvətlərini talan etmək üçün Suriyaya göndərir. Başda İsrail olmaqla, digər bölgə ölkələri ABŞ-ın talan etdiyi qaynaqlardan yararlanır.

Oxuməni.az xəbər veri ki, bunu ABŞ-ın keçmiş diplomatı Mişel Sprinqman deyib. ABŞ-ın yüzlərlə əsgərini Suriyanın şimalında yerləşən, təbii qaynaqlarla zəngin Hasekə şəhərinə göndərdiyini qeyd edən Sprinqman bunun ölkəsi üçün adi bir şey olduğunu vurğulayıb:

"Bu addım 25 min hərbçinin mühafizəsi altında and içən Co Bayden administrasiyası ilə əlaqəlidir".

Qeyd edək ki, ötən ilin son ayında ABŞ-a məxsus hərbi karvan Hasekə şəhərindəki Harab əl-Cəzir aerodromuna yerləşib.