Moskva Rusiya-Erməni Universiteti haqqında sazişdə iştirakdan imtina edib

Moskva Rusiya-Erməni Universiteti haqqında sazişdə iştirakdan imtina edib

1 Mart 21:18
98
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya İrəvanda fəaliyyət göstərən Rusiya-Erməni Universiteti haqqında sazişdə iştirakdan imtina edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiyanın rəsmi hüquq informasiya portalında Nazirlər Kabinetinin dərc olunan sərəncamında bildirilib.

Sərəncamda qeyd olunur ki, Rusiya Federasiyası hökuməti ilə Ermənistan Respublikası hökuməti arasında İrəvandakı Rus-Erməni Universitetinin fəaliyyəti ilə bağlı razılaşmanın tərəfi olmamaq niyyəti barədə Ermənistan tərəfinə bildiriş göndərilsin.

Qeyd edək ki, Rusiya-Erməni Universiteti 1997-ci ilin avqustunda Moskvada imzalanan Ermənistan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında imzalanmış ikitərəfli saziş əsasında yaradılıb.

Oxuməni.az