İspaniyada Pablo Haselin tutulmasına qarşı etirazlar davam edir

İspaniyada Pablo Haselin tutulmasına qarşı etirazlar davam edir

22 Fevral 2021 16:44
Bəyəndim (0) Bəyənmədim (0)

Barselonada minlərlə insan keçən həftə həbs olunan repçi Pablo Hasel ilə həmrəy olduqlarını bildirmək üçün küçələrə çıxdı. Hasel, məhkəmənin monarxiyaya təhqir və terror çağırışlarını gördüyü mahnı və tvitlərə görə 9 ay həbs cəzasına məhkum edilmişdir. Etirazlar beşinci gündür Barselonada davam edir. Etirazların iştirakçıları fikirlərini sadəcə musiqi ilə ifadə edən bir müğənninin həbsə atılmasını haqsız sayır və qəzəblərini belə ifadə edirlər:
"Repressiv və polis dövlətində yaşadığımıza inanırıq və mülki və siyasi hüquqları müdafiə etməyə gəlmişik".
Dinc şəkildə başlayan aksiya daha sonra iğtişaşlara və polislə toqquşmaya çevrildi. Etirazçılar şəhərin əsas polis bölməsinə gedən konvoyun yolunu bağlayıb polisə daş və zibil qutuları atirlar. Nümayişçilər barrikadalar qurmağa və vitrinləri qırmağa başlayıblar. Polis gözyaşardıcı qazdan istifadə edir, bir neçə nümayişçi habs olunub. Ölkədəki etirazların bütün dövrü ərzində 100-dən çox adam həbs olunub.
Daha əvvəl İspaniya səlahiyyətliləri söz azadlığı ilə əlaqəli cinayətlərə görə həbs cəzalarını ləğv etmək niyyətində olduqlarını açıqladılar, lakin Hasel cəzasını çəkməyə davam edir və etirazlar səngimir.

Emin Axund