İlan qanı içən əsgərlər yeni pandemiyaya səbəb olacaq

İlan qanı içən əsgərlər yeni pandemiyaya səbəb olacaq

22 Fevral 2021 09:16
Bəyəndim (4) Bəyənmədim (0)

Britaniyanı koronavirusun yayılma dərəcəsinə görə ən kritik ölkələrdən biri adlandıran PETA heyvan hüquqlarının müdafiəsi təşkilatı Tailandda "Qold Kobra" adlı hərbi təlimlərdə iştirak edən əsgərlərin ekzotik vəhşi heyvanları ələ keçirməsi və onlardan istifadəsi ilə bağlı narahatlığını ifadə edib.

Oxuməni.az xəbər verir ki, bu barədə məlumat təşkilatın Tvitter hesabında yerləşdirilib. Təşkilatın Britaniya müdafiə naziri Ben Uollesa göndərdiyi məktubda “Qold Kobra" birgə hərbi təlimlərində iştirak edən əsgərlərin müəyyən həşəratları və yabanı heyvanları ovladığı və yediyi açıqlanıb. Təlim çərçivəsində ilan qanını içən, kərtənkələ və əqrəbləri yeyən əsgərlərin koronavirusa yoluxma riskinin çox yüksək olduğunu vurğulayan PETA hazırkı vəziyyətin yeni pandemiyaya səbəb ola biləcəyini qeyd edib.