Moskvada son 65 ilin ən soyuq havası olacaq

Moskvada son 65 ilin ən soyuq havası olacaq

21 Fevral 2021 17:18
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 23-də Moskvada mənfi 27 dərəcə temperatur gözlənilir.

Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, bunu “Fobos” Hava Mərkəzinin mütəxəssisi Yevgeni Tişkovets bildirib.

Bu, son 65 il ərzində qeydə alınan ən güclü şaxta olacaq.

Fevralın 23-də Moskvada gecə temperatur mənfi 25-27 dərəcəyə, Moskva vilayətində mənfi 25-30 dərəcəyə, şərq bölgələrində mənfi 33 dərəcəyə enəcək. Bu, uzun illər fevral ayında qeydə alınan temperaturdan 13-15 dərəcə aşağıdır.

Sonuncu dəfə Moskvada belə güclü şaxta 1956-cı ildə qeydə alınıb. Həmin vaxt 27,1 dərəcə mənfi temperatur olub. Moskvada bu sahədə rekord isə mənfi 30,5 dərəcə ilə 1945-ci ildə qeydə alınıb.