ABŞ Türkiyə sərhədinə 150 helikopter, tanklar toplayır

ABŞ Türkiyə sərhədinə 150 helikopter, tanklar toplayır

21 Fevral 2021 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ 150-dən çox helikopteri Yunanıstanın Xanti şəhərinə toplayır.

Oxuməni.az xəbər verir ki, ABŞ helikopterlərdən Yunanıstanda və digər Balkan ölkələrində keçiriləcək müxtəlif hərbi təlimlərdə istifadə etmək üçün yararlanacaq.

ABŞ hərbi texnikalarının Yunanıstanın Dədəağac limanına gətiriləcəyi bildirilib. Limana 110 "Blək Havk" və 25 "Apaçi" hücum helikopteri, 10 "Çinuk" ağır nəqliyyat helikopteri və tanklar da daxil olmaqla, ümumilikdə 1800-dən çox hərbi texnikanın gətiriləcəyi elan edilib.

Qeyd edək ki, daha öncə ABŞ Yunanıstanda keçirilən təlimlərdən sonra sözügedən limanda 30 ədəd "Blək Havk" hücum helikopterini saxlamışdı.