Karantindən imtina edən İsveç milyarderlərin sayının artmasından qorxuya düşüb

Karantindən imtina edən İsveç milyarderlərin sayının artmasından qorxuya düşüb

25 Yanvar 2021 13:45
Bəyəndim (0) Bəyənmədim (0)

İsveç hakimiyyəti koronavirusun yaratdığı böhran fonunda 2020-ci ilin yekunlarına görə ölkədə milyarderlərin sayının artmasından qorxuya düşüb.

Oxuməni.az lenta.ru-ya istinadən xəbər verir ki, buna səbəb zənginlərlə kasıblar arasında uçurumun artmasıdır.

Son illər fond bazarında aktivlərin qiymətinin şişirdilməsinə və COVİD-19 fonunda ölkədə işsizliyin artmasına səbəb isə ölkədə həyata keçirilən sərt pul-kredit siyasətidir. Bunun da nəticəsində İsveçdə kasıblarla varlılar arasında olan uçurum daha da dərinləşib. Ötən il İsveçdə fond bazarında aktivlərin dəyərinin artması sayəsində 40 nəfər İsveç vətəndaşı milli pul vahidi ilə milyarder olub. Bunu "Dagens Industrı"nin tədqiqatları da bir daha sübut edir.

169 İsveç sahibkarının və ya varlı ailələrin 2020-ci ildə gəlirləri 295 milyard kron (35 milyard dollar) artaraq 1,3 trilyon krona çatmışdır. Bu, ölkə əhalisinin banklarda və səhmdar fondlarında olan əmanətinin 40 faizini təşkil edir.

Krallığın maliyyə naziri Maqdalena Andersson bildirib ki, "k-obrazlı iqtisadiyyat"ın həyata keçirilməsi nəticəsində varlıların daha da varlı, yoxsulların isə daha da yoxsul olacağı təhlükəsi ortaya çıxıb. Maliyyə Nazirliyinin rəhbəri sosial-demokratların rəhbərlik etdiyi koalisiya üzrə həmfikirlərlə birlikdə hökumətin ölkədə qeyri-bərabərliyin vəziyyətinin yaxşılaşdırılması üçün vergilərdən istifadə edə biləcəyinə işarə edib.

Pandemiya zamanı İsveç Avropanın yeganə ölkəsi və karantindən imtina edən dünyanın bir neçə dövlətindən biri oldu. Krallığın hakimiyyət orqanları bunun yalnız kollektiv toxunulmazlıq yaratmağa deyil, həm də pandemiyanın iqtisadiyyata mənfi təsirini azaltmağa imkan verəcəyinə ümid edirdilər. İlkin məlumatlara görə, İsveç hakimiyyət orqanlarının belə bir yanaşması özünü doğruldub. Yerli statistika idarəsinin məlumatları göstərir ki, 2020-ci ilin üçüncü rübündə Krallığın ÜDM-i gözləniləndən daha çox artıb. İyul-sentyabr ayları ərzində ölkə iqtisadiyyatı ikinci rübə nisbətən 4,9 faiz artıb ki, bu da proqnozda nəzərdə tutulduğundan (4,3 faiz) daha çoxdur.

Emin Axund