Qaradərili Lloyd Ostin ABŞ müdafiə nazirliyini- Pentaqonu idarə edəcək

Qaradərili Lloyd Ostin ABŞ müdafiə nazirliyini- Pentaqonu idarə edəcək

23 Yanvar 08:26
34
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Senatı ehtiyatda olan 67 yaşlı general-leytenant Lloyd Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.

Oxuməni.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 93 senator onun namizədliyinə, 2-si isə əleyhinə səs verib. Onun bir gün əvvəl namizədliyini Senatın profil komitəsi dəstəkləyib. Qeyd edək ki, 7 ildən az müddətə mülki müdafiə naziri vəzifəsinə namizədlər Konqres tərəfindən təsdiq edilməlidirlər. Ostin 2016-cı ildə təqaüdə çıxıb. O, Almaniyada və ABŞ-ın bir çox ştatlarında xidmət edib. 2010-cu ildə ABŞ-ın İraqdakı qüvvələrinin komandiri kimi qoşunların ölkədən tədricən geri çəkilməsinə məsul olub.

2011-ci ilin dekabrında Quru Qoşunları Baş qərargah Komandanının müavini təyin edilib. 2013-2016-cı illərdə ABŞ Mərkəzi Komandanlığına rəhbərlik edib. Bu vəzifədə Vaşinqtonun İŞİD-lə mübarizə strategiyasının inkişaf etdirilməsində əsas rol oynayıb.

2016-cı ildə təqaüdə çıxdıqdan sonra ən böyük silah istehsalçısı “Raytheon”un İdarə Heyətində vəzifə alıb.

Oxuməni.az