Rusiyada Aleksey Navalnının tərəfdarları polis tərəfindən saxlanılıb

Rusiyada Aleksey Navalnının tərəfdarları polis tərəfindən saxlanılıb

22 Yanvar 2021 16:50
Bəyəndim (0) Bəyənmədim (0)

23 yanvar Rusiyada keçiriləcək etirazlarla əlaqədar Aleksey Navalnının tərəfdarları polis tərəfindən saxlanılıb.

Oxuməni.az xəbər verir ki, Moskvada Navalnının Korrupsiya ilə Mübarizə Fondunun Təhqiqatlar Şöbəsinin əməkdaşı Georgi Alburov, mətbuat katibi Kira Yarmış həbs edilib. Məlumata görə, Kira Yarmış saxlanılan zaman 1 saatdan çox qapını açmayıb. Vəkili gəldikdən sonra Yarmış qapıları açaraq polisləri içəri buraxıb. Həbs olunanlar arasında Lyubov Sobol, Vladlen Los da yer alıb. Belarus vətəndaşı olan Losa Rusiyanı tərk etməsi üçün 25 yanvara qədər vaxt qoyulub. Onun ölkəyə girişi 2,5 il qadağan edilib. Moskvada, həmçinin Vətəndaş Cəmiyyəti Hərəkatının mətbuat katibi Yeqor İlyuşkin də saxlanılıb.

Oxuməni.az