Fransada etiraz aksiyaları  zamanı polislə qarşıdurma baş verib

Fransada etiraz aksiyaları zamanı polislə qarşıdurma baş verib

17 Yanvar 10:27
45
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın paytaxtında və ölkənin digər şəhərlərində mətbuat azadlığı və "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin bəzi maddələrinə edilən dəyişikliklərə etiraz olaraq icazəsiz aksiyalar keçirilib.

Oxuməni.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Naziri Gerald Darmanen “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, iğtişaşlar zamanı ümumilikdə 12 nəfər polis və jandarma əməkdaşı yaralanıb.

Rəsmi məlumatlara görə, etiraz aksiyalarında 34 min insan iştirak edib. Aksiya təşkilatçılarının məlumatlarında isə bu say 200 min göstərilib. Parisdə 24, ümumilikdə isə 75 nəfər etirazçı həbs olunub.

Qeyd edək ki, etiraza səbəb "Qlobal təhlükəsizlik haqqında" qanunun 24-cü maddəsinə ediləcək dəyişiklikdir. Dəyişikliyə əsasən polisin və ya hüquq-mühafizə orqanı əməkdaşının xidməti zamanı jurnalistlər tərəfindən foto-video çəkilişlərinin aparılması qadağan edilir. Jurnalist həmkarlar ittifaqları və müxalifət tərəfindən qanuna edilən bu dəyişiklik söz azadlığına qarşı ciddi addım kimi qiymətləndirilib. Qanunu pozan şəxs üçün 1 il həbs cəzası və 45 min avro cərimə nəzərdə tutulub. Bu ay qanun layihəsinin Fransa Parlamentinin yuxarı palatası olan Senata göndərilməsi nəzərdə tutulub.

Həmid