Ukraynada  dövlət dilində danışmayanlar 7min qrivna- 423,5 manat cərimə ediləcək

Ukraynada dövlət dilində danışmayanlar 7min qrivna- 423,5 manat cərimə ediləcək

16 Yanvar 17:18
68
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada "Dil haqqında" qanunun yeni maddəsi qüvvəyə minib.

Oxuməni.az xəbər verir ki, qanunu ölkənin keçmiş prezidenti Pyotr Poroşenko 2019-cu ilin yazında imzalayıb. Belə ki, qanuna əsasən, bank, mağaza, kafe, restoran və kitabxana işçiləri müştərilərlə yalnız dövlət dilində - Ukrayna dilində danışmalıdırlar. Həmçinin mallar və xidmətlər üzərindəki məlumatlar da dövlət dilində yazılmalıdır. Başqa bir dildə ünsiyyət qurmağa yalnız istehlakçı özü müraciət etdikdə icazə verilir. Qanunu pozanlar 7 min qrivna (423,5 manat) məbləğində cərimə olunacaqlar. Qanunun cərimələrlə bağlı maddəsi 2022-ci ildə qüvvəyə minəcək. Xatırladaq ki, ötən ilin oktyabrında Ukraynanın Ali Məhkəməsi prezidentin ünsiyyət dili ilə bağlı qərar qəbul edib. Məhkəmə dövlət başçısının üzərinə vəzifəsinin icrası zamanı dövlət dilində danışmaq öhdəliyi qoyub.

Səda