Tbilisidə əsəblər yenidən coşub: Həbs edilənlər var

Tbilisidə əsəblər yenidən coşub: Həbs edilənlər var

16 Yanvar 16:33
59
Bəyəndim (0) Bəyənmədim (0)

Tbilisidə Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının qurultayı keçiriləcək “Expo Georgia” sərgi mərkəzinin qarşısında etiraz aksiyası təşkil olunub.

Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, ictimai fəallar yolu bağlamağa və banner yerləşdirməyə cəhd etsələr də, polis buna imkan verməyib. Aksiya iştirakçıları bildiriblər ki, etiraza səbəb partiyanın parlament seçkilərinin nəticələrini saxtalaşdırmasıdır. Polis və aksiyaçılar arasında bir neçə dəfə qarşıdurma baş verib. Nəticədə 10-a yaxın ictimai fəal saxlanılıb. Mərkəz qarşısında vəziyyət gərgin olaraq qalır.

Qeyd edək ki, “Gürcü Arzusu”nun qurultayı yerli vaxtla saat 14:00-da başlayacaq. Toplantıda partiyanın yeni sədri seçiləcək.

Oxuməni.az