"WhatsApp" qalmaqallı müqavilə ilə bağlı geriyə addım atmağa məcbur oldu

"WhatsApp" qalmaqallı müqavilə ilə bağlı geriyə addım atmağa məcbur oldu

16 Yanvar 10:22
79
Bəyəndim (0) Bəyənmədim (0)

WhatsApp” yazışma xidməti istifadəçilər arasında əks-səda doğuran müqaviləsi ilə bağlı yenilənmənin tətbiqini təxirə salıb.

Oxuməni.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda qeyd olunub.

“İstifadəçilərdən yeni şərtlərə baxılması və qəbul edilməsinin zəruriliyi ilə bağlı tarixi təxirə salırıq. Heç kimin hesabı fevral ayının 8-dək dayandırılmayacaq və ya silinməyəcək”, - deyə şirkətin məlumatında bildirilir.

Messenger əlavə edib ki, yenilənmənin tətbiqi tarixi frvralın 8-dən mayın 15-dək təxirə salınıb. Bu müddət ərzində istifadəçilər “özlərinə rahat olan tempdə” yeninləmələri oxuya və qəbul edə biləcəklər.

Şirkət dezinformasiyalarla mübarizə məqsədilə ona da aydınlıq gətirib ki, bütün şəxsi danışıqlar başdan-başa şifrələnmiş şəkildə qalacaq, nə “WhatsApp”, nə də “Facebook” şəxsi yazışmaları görə biləcək. Bununla yanaşı, məkan məlumatları da gizli qalacaq və buna görə də “Facebook”da paylaşıla bilməyəcək.

Qeyd edək ki, “WhatsApp” messenceri bundan əvvəl fərdi məlumatların “Facebook”a köçürülməsinə dair bir bənd əlavə etməklə istifadəçi müqaviləsini yeniləmişdi. Razılaşmanın mətnində bildirilirdi ki, “Facebook” korporasiyasının bir hissəsi olaraq “WhatsApp” istifadəçilərin vərdişlərini və zövqlərini təhlil etmək üçün onlar haqqında lazımi məlumatları şirkətin bütün “tətbiq ailəsi” ilə bölüşəcək.

Səda