Nensi Pelosinin noutbukunu oğurlayan şəxs müəmmalı şəkildə ölüb

Nensi Pelosinin noutbukunu oğurlayan şəxs müəmmalı şəkildə ölüb

13 Yanvar 2021 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Trampın tərəfdarlarının Konqres binasına basqını zamanı Konqresin sədri Nensi Pelosinin noutbukunu oğurlayan şəxs evində ölü tapılıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə “The Sun” nəşri məlumat yayıb.

53 yaşlı Kristofer Stenton Corciyanın cəsədi həyat yoldaşı tərəfindən Alfareta şəhərindəki evlərinin zirzəmisində tapılıb. O, dərhal polisi çağıraraq çoxlu qan gördüyünü bildirib. Kişinin ölüm səbəbi hələ müəyyənləşdirilməyib, polis hadisəni araşdırır. Onun evindən iki avtomatik tüfəng tapıldığı qeyd olunub. Qonşuları mərhumu mərhəmətli və nəzakətli bir insan kimi xarakterizə ediblər.

Xatırladaq ki, demokrat Co Baydenin Prezident seçilməsi ilə nəticələnən 3 noyabr seçkilərini tanımayan Tramp tərəfdarları seçki nəticələrinin təsdiqlənməsi ilə bağlı keçirilən iclas zamanı Konqres binasına basqın etmişdilər. Nəticədə qarşıdurma olmuş, 4 nəfər həlak olmuş, 50-dən çox polis əməkdaşı daxil olmaqla xeyli sayda insan yaralanmışdı.

Oxuməni.az