Putinin düşməni Aleksey Navalnı Rusiyaya qayıtmağa hazırlaşır

Putinin düşməni Aleksey Navalnı Rusiyaya qayıtmağa hazırlaşır

13 Yanvar 2021 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Putinin düşməni, tanınmış müxalifət lideri Aleksey Navalnı yanvarın 17-də Almaniyadan Rusiyaya dönəcəyini söyləyib.

Oxuməni.az-ın Kommersant.ru-ya istinadən verdiyi xəbərə görə, Navalnı Berlinin "Şarite" klinikasında "novicok" tərəfindən ehtimal olunan zəhərlənməsi ilə bağlı müalicə kursu keçirdi.

" Qayıtmaq və ya qayıtmamaq sualı mənim qarşımda heç vaxt dayanmayıb. Ona görə ki, mən ölkəni tərk etməmişəm. Sadəcə olaraq zəhərlənərək özümdə olmadan məni Almaniyaya aparıblar və orada müalicə olunmuşam. Yanvarın 17-də, bazar günü mən evə qayıdacağam. Tanışlarım məni qarşılasınlar ",-deyə o Tvitterində yazıb.

Dünən, yanvarın 12-də isə məlum olub ki, Rusiyada Navalnıya qarşı məhkəmə tərəfindən verilən şərti azadlıqdan məhrumetmə cəzası dəyişdiriləcək və o indi həbsdə yatmalı olacaq. Bundan əlavə Navalnıya qarşı "İv Rocher" şirkətinin 26,8 milyon, "Çoxprofilli Prosessinq" şirkətinin isə 4,5 milyon rublunu mənimsəməsi barədə cinayət işi açılıb.

Səda