Koronavirusa yoluxan Ermənistan prezidentinin vəziyyəti ağırlaşıb

Koronavirusa yoluxan Ermənistan prezidentinin vəziyyəti ağırlaşıb

13 Yanvar 2021 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan prezidenti Armen Sarkisyan vəziyyəti ağırlaşdığı üçün təcili şəkildə xəstəxanaya yerləşdirilib.

Oxuməni.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

“Koronavirusun yeni növünə yoluxan və evdə müalicə alan prezident Armen Sarkisyan xəstəxanaya yerləşdirilib. Prezident Sarkisyanın yüksək hərarət və ikitərəfli pnevmoniya da daxil olmaqla, xəstəliyə xas simptomları var”, - deyə mətbuat xidməti bildirib. Xatırladaq ki, bu ayın əvvəlində Londonda koronavirusun yeni ştammına yoluxan A.Sarkisyan ev şəraitində müalicə olunurdu. Bundan başqa, onun həyat yoldaşı Nune Sarkisyanda da koronavirus aşkarlanıb.

Oxuməni.az