İsrailin endirdiyi zərbələr nəticəsində ən azı beş Suriya əsgəri həlak olub

İsrailin endirdiyi zərbələr nəticəsində ən azı beş Suriya əsgəri həlak olub

13 Yanvar 2021 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail HHQ-nin çərşənbə gününə keçən gecə Suriyanın şərqində yerləşən silah anbarları və hərbi mövqelərə endirdiyi aviazərbələr nəticəsində ən azı 5 hərbçi həlak olub.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə "France-Presse "agentliyi Suriya İnsan Hüquqları Bürosuna əsasən məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, İsrail ordusu Suriya-İraq sərhədində yerləşən Deyr-əz-Zor və əl-Bukamal şəhəri ətrafındakı bir neçə hədəfə aviazərbələr endirib. Nəticədə 11 silahlı məhv edilib.