Buynakskda zəhərlənənlərin sayı 71-ə yüksəldi

Buynakskda zəhərlənənlərin sayı 71-ə yüksəldi

13 Yanvar 2021 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Dağıstanın Buynaksk şəhərində zəhərlənənlərin sayı 71-ə yüksəldi, onların arasında 61 nəfər uşaq var.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Buynaksk Şəhər Administrasiyasının mətbuat xidmətindən bildirilib. Daha əvvəl isə zəhərlənənlər arasında 50 uşağın olması barədə məlumat verilmişdi.

"Gecə ərzində daha 21 nəfər zəhərlənmələri ilə bağlı tibb müəssisələrinə müraciət edib. Hazırda Buynakskda zəhərlənənlərin sayı 71 nəfərə çatıb, onlardan 61-i uşaqdır", - deyə agentliyin əməkdaşı bildirib.

Dağıstanda müvafiq qurumlar zəhərlənməyə səbəb kimi çirklənmiş içməli suyü göstərirlər. Lakin Buynaksk Şəhər başçısı İslamudin Nurqudayev bildirib ki, uşaqların kütləvi şəkildə zəhərlənməsinə səbəb hədiyyə qutularındakı vaxtı keçmiş məhsullar ola bilər. Hazırda baş verən hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Həmid