Baydenin Xəzinə naziri Cenet Yellenin xüsusi köməkçisi türk əsilli Didəm Nişançı olacaq

Baydenin Xəzinə naziri Cenet Yellenin xüsusi köməkçisi türk əsilli Didəm Nişançı olacaq

12 Yanvar 2021 15:27
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın yeni seçilən Prezidenti Co Bayden vəzifəsinin icrasına başladıqdan sonra Xəzinə naziri təyin ediləcəyi gözlənilən Cenet Yellenin xüsusi köməkçisinin türk əsilli Didəm Nişançı olacağı bildirilib.

Oxuməni.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb. Agentliyin rəsmi mənbələrə istinadən yaydığı məlumata görə, Yellen Didəm Nişançını Xəzinə Nazirliyində xüsusi köməkçi vəzifəsinə təyin edəcək. Sözügedən vəzifə təklifinin Nişançıya təqdim edildiyi və onun bunu qəbul etdiyi bildirilir. Nazirlik bunu təsdiqləyəcəyi halda türk qadın Yellenə ən yaxın simalardan biri olacaq. Didəm Nişançı keçmiş prezident Barak Obamanın dövründə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasında xüsusi köməkçi vəzifəsində çalışıb və 2018-ci ildə “Blumberq”ə keçməmişdən əvvəl “Promontory Financial Group”da çalışıb. O, 1998-2001-ci illər arasında Xəzinə Nazirliyində də işləyib.

Həmid