Türkiyə hərbi dəniz donanmasını sualtı qayıqlarla gücləndirir

Türkiyə hərbi dəniz donanmasını sualtı qayıqlarla gücləndirir

12 Yanvar 2021 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

Aralıq dənizinin şərqindəki ona yaxın ölkə ilə üz-üzə qalan Türkiyənin Silahlı Qüvvələrindən kritik həmlə gəlib.

Oxuməni.az xəbər verir ki, 140 il əvvəl iki sualtı qayıq ilə ilk dəfə dənizlərin altında fəaliyyətə başlayan Türk Donanması bu gün bölgəsindəki ən təsirli qüvvələrdən birinə çevrilir.

Belə ki, yerli mətbuatın verdiyi məlumata görə, Türkiyə yeni “U 214” tipli sualtı döyüş qayıqlarının istehsalına başlayıb. Gələn ildən 2027-ci ilə qədər sualtı qayıqlar bir-birinin ardınca dənizlərə buraxılacaq. Yeni layihə 2011-ci il iyunun 22-də Almaniyanın “ThyssenKrupp” Dəniz Sistemləri Şirkəti və Türkiyə Müdafiə Sənayesi Nazirliyi arasında anlaşmanın imzalanmasından sonra qüvvəyə minib. Artıq layihə çərçivəsində “U 214” tipli sualtı qayıqların istehsalına başlanıb. Sualtı qayıqlardan biri 2019-cu ilin dekabrında Prezident Rəcəb Tayyib Ərdoğanın qatıldığı bir mərasimdə müvəffəqiyyətlə dənizə buraxılıb. Həmin tədbirdə layihənin 5-ci sualtı qayığı olan “Seydi Əli Rəis”in ilk qaynaq mərasimi keçirilib. Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən “Rəis tipli sualtılar” adlandırılan sualtı qayıqların 80 faizi yerli texnologiyalarla istehsal olunur. 2.7 milyard dollarlıq layihə çərçivəsində 6 ədəd müasir sualtı qayıq 2027-ci ilə qədər tədricən Türk donanmasının inventarizasiyasına daxil ediləcək.

Türkiyə istehsalı gəmilər dünya miqyasında nüvə enerjisi ilə işləyən sualtı qayıqlardan sonra ən strateji sualtı gəmi kimi tanınır. Hidrogen yanacağı ilə işləyən sualtı qayıqlar 21 gün ərzində su səthinə çıxmadan hərəkət edə bilər. Hərbi mütəxəssislər müharibə vaxtı gəminin səthə çıxmadan üç həftə gizlənməyin strateji xüsusiyyət olduğuna diqqət çəkirlər.

Oxuməni.az