Müharibə Ermənistana ən azı 38,4 milyard dollar ziyan vurub

Müharibə Ermənistana ən azı 38,4 milyard dollar ziyan vurub

12 Yanvar 13:43
51
Bəyəndim (0) Bəyənmədim (0)

“Nikol Paşinyan Ermənistan Respublikasına və erməni xalqına ən azı 38,4 milyard dollar ziyan vurub”.

Oxuməni.az xəbər verir ki, bu barədə “Əsgər Sığortası” Fondunun Qəyyumlar Şurasının keçmiş üzvü Mesrop Manukyan “Facebook” səhifəsində yazıb. Məsələ ilə bağlı Qazet.az-ın yazdığına görə, Ermənistanda bütün bu baş verənlərdə Nikol Paşinyan günahkar bilinir. Mesrop Manukyan müharibə nəticəsində dəyən zərərin həcmini belə hesablayıb:


“1. İnsan itkiləri – təqribən 7 milyard dollar (təxminən 4500 ölən və itkin düşən hərbçi, təxminən 5000 birinci dərəcəli əlil, təxminən 6000 nəfər ikinci dərəcəli əlil, təxminən 2000 fiziki cəhətdən sağlam, lakin cəmiyyətin tam üzvü olmayan şəxs)

2. “Hayastan Ümumerməni Fondu” Azərbaycanın nəzarəti altındakı ərazilərə təxminən 150 milyon dollar sərmayə qoyub. Yalnız Şuşidə (Şuşa – red.) 15 milyon dollar dəyərində layihələr həyata keçirilmişdi. Təkcə burada erməni xalqına 500 milyon dollar ziyan dəyib.

3. Müdafiə sistemimizə təxminən 2 milyard dollar ziyan dəyib.

4. Sotk (Zod qızıl yatağı – red.) mədəni – təxminən 8 milyard dollarlıq zərər.

5. Qarabağda itirilmiş hidroelektrik stansiyalarının dəyəri təxminən 600 milyon dollardır.

7. “Əsgər Sığortası” Fonduna təxminən 1 milyard 200 milyon dollar borc yığılıb, yəni potensial vergi ödəyən Ermənistan Respublikası vətəndaşları bu məbləği ödəməlidirlər.

8. Bank sistemnə təxminən 1 milyard dollar zərər dəyib.

9. Qarabağdakı mədənlərin 10-u indi Azərbaycanın nəzarətindədir, buradakı ziyan təxminən 3 milyard dollar dəyərindədir.

10. İnfrastruktura dəymiş ziyan – təxminən 2 milyard dollar.

11. “Kataro” Şərab Zavodu, “Masis Tobacco” MMC-nin İşxanadzor filialı … təxminən 100 milyon dollarlıq zərər.

12. İnsanlara dəyən minimum mənəvi ziyanın dəyəri – 3 milyard dollar.

13. Mülk itkisi – ÖLÇÜLMƏZ DƏRƏCƏDƏ! Bununla birlikdə, ən azı 7 milyard dollarlıq zərər (meşələr, torpaq, su, mənzil fondu …)”, – deyə paylaşımda bildirilib.

Oxuməni.az