Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığı müzakirə ediləcək

Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığı müzakirə ediləcək

11 Yanvar 2021 16:53
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 13-də İslamabadda Türkiyə, Pakistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü olacaq.

Oxuməni.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ayrıca ikitərəfli görüş də gerçəkləşdirəcəklər:

“Həmçinin gələcəkdə Türkiyə-Türkmənistan-Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü olacaq”.