Rusiyalı həkimlərin Paşinyanı "müalicə"sindən sonra o uzun müddət yaşaya biləcəkmi?

Rusiyalı həkimlərin Paşinyanı "müalicə"sindən sonra o uzun müddət yaşaya biləcəkmi?

7 Yanvar 2021 15:58
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistanın yüksək vəzifəli dövlət məmurlarının koronavirusa yoluxub-yoluxmadığını yoxlamaq üçün Moskvadan Yerevana həkimləri daşıyan xüsusi təyyarə uçub. Ermənistanın dövlət məmurlarının qanından koronavirusla bağlı nümunələr götürüləcək.

Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb Paşinyan və komandasının Moskvada vacib danışıqlarda iştirak etməyə hazırlaşmasıdır. Danışıqlarda Naxçıvan dəhlizi ilə bağlı məsələnin də müzakirə olunacağı gözlənilir. Görüşə Azərbaycandan da nümayəndə heyətinin getməsi nəzərdə tutulub. Qeyd edək ki, N.Paşinyan yanvarın 5-dən COVID-19-la bağlı özünütəcrid rejiminə keçib

Rusiyadan gələn həkimlər də buna görə Paşinyanı "müayinə" edəcəklər. Bu "müayinə"dən sonra Paşinyanın nə qədər yaşayıb-yaşamayacağı və ya bir müddət sonra hansısa "gözlənilməz xəstəlik"dən ölüb-ölməyəcəyi maraq doğurur. Bəzi ehtimallara görə, rusların "müalicəsi" Paşinyan üçün bir son ola bilər... Ona görə də belə ehtimal edilir ki, indi müalicə adı altında qərbyönümlü Paşinyanı aradan qaldırmaq üçün Kremlin əlinə unikal imkan düşüb...

Oxuməni.az

.