Şahzadə sevgilisinin susması üçün 1,6 milyon dollar rüşvət verib

Şahzadə sevgilisinin susması üçün 1,6 milyon dollar rüşvət verib

4 Dekabr 2020 16:40
256
Bəyəndim (0) Bəyənmədim (0)

Dubay əmiri Məhəmməd bin Rəşid əl-Məktumun keçmiş həyat yoldaşı, İordaniya şahzadəsi Haya bint əl-Hüseyn sevgilisi olan cangüdəninə 1.6 milyon dollar pul ödəyib.

Oxuməni.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti yazıb. Məlumata görə, şahzadə bu pulu sevgilisinin susması üçün ödəyib.

Bildirilir ki, Haya bint əl-Hüseyn daha 3 cangüdənin susması üçün onları da analoji məbləğlə “mükafatlandırıb”.

Onun Rassel Flauersomla münasibətlərinin təfərrütaları Birləşmiş Ərəb Əmirliklərinin 70 yaşlı rəhbəri ilə boşanma işi üzrə Londonda keçirilən məhkəmədə bəlli olub.

37 yaşlı Flauers 2016-ci ildən Hayanın cangüdəni olub. Onu çoxsaylı xarici səfərlərdə müşayiət edib.

Şahzadə Haya əl-Məktumla 2004-cü ildə ailə həyatı qurub. O əmirin 6-cı və ən gənc xanımı olub. Ötən il ölkədən 2 övladı ilə birgə qaçan Haya əvvəlcə Almaniyaya, daha sonra Londona sığınıb.

Oxuməni.az