Belçika parlamenti qondarma "dqr"i tanımaqdan imtina edib

Belçika parlamenti qondarma "dqr"i tanımaqdan imtina edib

3 Dekabr 2020 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Belçika Federal Parlamentinin Xarici Əlaqələr Komitəsinin 2 dekabrda keçirilən iclasında erməni diasporu və ermənipərəst qüvvələrin anti-Azərbaycan səyləri puç oldu.

Oxuməni.az xəbər verir ki, bu barədə Azərbaycanın Belçikadakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, ermənipərəst deputatların gündəmə gətirdiyi sabiq işğalçı rejimin tanınması, onunla “diplomatik əlaqələrin” qurulması və Azərbaycana qarşı sanksiyaların tətbiqi, Türkiyənin Aİ üzvlüyünə dair danışıqların dərhal dayandırılması və digər cəfəng çağırışları əks etdirən bütün təkliflər səsvermədə qəti şəkildə rədd edilib:

"Belçika Federal Parlamentinin Xarici Əlaqələr Komitəsi parlament çoxluğunun əsasən regionda gələcək barışığa və sülhə yönəlik ismarıcları olan qətnamə layihəsini təsdiq edib. Qətnamə layihəsinin yekun mətninin gələcək plenar iclasların birində səsverməyə qoyulması gözlənilir".

Oxuməni.az