Fransada naməlum şəxslər  məscidi təhqir ediblər

Fransada naməlum şəxslər məscidi təhqir ediblər

3 Dekabr 2020 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Fransada naməlum şəxslər Parisin yaxınlığında yerləşən Breteni-syur-Orj (Eson departamenti) şəhərindəki məscidi təhqir ediblər.

Oxuməni.az xəbər verir ki, bu barədə “Agence France-Presse” şəhərin meriyasına istinadən məlumat yayıb.

Cinayətkarlar səhər tezdən avtomobillə əraziyə gələrək məscidin qapısını sındırıblar. İçəri daxil olan şəxslərin əlində yanğınsöndürmə qurğusu olub. Onlar məscidin içərisinə, xüsusən ibadət zalına odsöndürən məhlul töküblər.

Gecə növbəsindən qayıdan sakinlərdən biri onları gördükdə cinayətkarlar qaçaraq gizləniblər. Polis onların istifadə etdiyi avtomobili qonşu kommunada yandırılmış vəziyyətdə aşkarlayıb.

Faktla bağlı araşdırma başladılıb. Agentlik Daxili İşlər Nazirliyinin məlumatına istinadn xatırladıb ki, Fransada 2019-cu ildə müsəlmanlara və onların dini mərkəzlərinə qarşı yönəldilmiş aksiyaların sayı 54 faiz artıb.

Səda