İran parlamentinin deputatı Əhməd Biqeş  Naxçıvanla Azərbaycan arasında dəhlizi tanımamağı tələb edib

İran parlamentinin deputatı Əhməd Biqeş Naxçıvanla Azərbaycan arasında dəhlizi tanımamağı tələb edib

2 Dekabr 2020 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

İran parlamentinin deputatı Əhməd Biqeş sərt bəyanatla çıxış edərək Naxçıvanla Azərbaycan arasında dəhlizi tanımamağı tələb edib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu baədə Turan-ın yaydığı məlumatda deyilir.

Bundan əlavə, o, Tehranı Türkiyənin Azərbaycanda möhkəmlənməsinə qarşı tədbirlər görməyə çağırıb.

"Biz Türkiyəyə xidmət edəcək dəhlizi tanımırıq", - o deyib.

Sonra Biqeş İran parlamentini Türkiyənin regiona müdaxiləsinə qarşı çıxmağa və İranın regionda sərhədlərin coğrafi dəyişməsini və müvafiq dəhlizi tanımadığını rəsmən bəyan etməyə çağırıb. Bu barədə "Vestnik Kavkaza" bildirib.

İranlı deputatın isterikasının səbəbləri aydın deyil. Lakin Tehranda müəyyən dairələr Türkiyənin regionda möhkəmlənməsini NATO-nun buraya gəlişi kimi təqdim etmək istəyirlər.

Oxuməni.az