ABŞ-da keçirilən prezident seçkilərində  288 min bülleten yoxa çıxıb

ABŞ-da keçirilən prezident seçkilərində  288 min bülleten yoxa çıxıb

2 Dekabr 2020 14:22
410
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da keçirilən prezident seçkilərində 288 min bülleten təyinat yerinə çatdırıldıqdan sonra yoxa çıxıb, daha 100 min blank isə köhnə tarixlə qeydə alınıb.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə Vaşinqton Examiner jurnalı bir sıra mənbələrin ifadələrinə əsasən yazıb. Məsələn, poçt xidmətinin podratçısı Jesse Morqan iddia edir ki, oktyabrın 21-dən Nyu-York ştatından 288 minədək bülleten Pensilvaniyaya daşınsa da, təyinat məntəqəsində yoxa çıxıb. Digər əməkdaş noyabrın 4-də səhər Viskonsindəki 100 mindən artıq blankın köhnə tarixlə nömrələndiyini və onları nəzərə almağın mümkünlüyünü bildirmişdi. Bundan başqa, məqalədə deyilir ki, Miçiqan və Pensilvaniyada Respublikaçı Donald Trampın səsi olan bülletenlər "yarımçıq işgüzar poçt" yazılan zibil qutularına atılıb. Halbuki Demokrat Cozef Bayden üçün bülletenlər təyinat yerinə vaxtında çatdırılmışdı. Nəşr həmçinin səslərin sayılması zamanı da çoxlu pozuntulara yol verildiyini bildirib. Hazırda nəşrin yazdığı faktlar müvafiq qurumlar tərəfindən araşdırılır.

Emin Axund