Peskov  Naxçıvana dəhliz məsələsinə münasibət bildirmək istəməyib

Peskov Naxçıvana dəhliz məsələsinə münasibət bildirmək istəməyib

1 Dekabr 2020 15:21
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovdan Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan-Azərbaycan arasında yeni dəhlizlə bağlı açıqlamasına şərh istənilib.

Oxuməni.az xəbər verir ki, Peskov məsələyə münasibət bildirməyib.

O xatırladıb ki, bir müddət əvvəl Kremldən Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyev arasında telefon danışığına dair mesajların birində dövlət başçılarının bölgədəki nəqliyyat kommunikasiyalarının inkişafı və blokdan çıxarılması məsələlərini müzakirə etdikləri qeyd olunub. Məsələ ilə bağlı publika.az-ın yazdığına görə, eyni zamanda, nəqliyyat məsələlərinin ümumiyyətlə Rusiya və Azərbaycan rəhbərlərinin gündəmində olduğu vurğulanıb.

Şərh verməkdən imtinanın konkret olaraq Əliyevin Putinin bu fikri müsbət qiymətləndirməsi və təsdiqlənməsi barədə dedikləri ilə əlaqəli olub-olmadığını aydınlaşdırmaq məsələsini isə Peskov təsdiqləyib: "Bəli".

Xatırladaq ki, bir müddət əvvəl Kremldən Putinlə azərbaycanlı həmkarı arasında telefon danışığına dair mesajların birində dövlət başçılarının digər problemlərlə yanaşı, bölgədəki nəqliyyat kommunikasiyalarının inkişafı və blokdan çıxarılması məsələlərini də müzakirə etdikləri xatırlanıb.

Oxuməni.az