Rus pravoslav, həmçinin alban kilsələrini dağıtmaq və ya erməniləşdirmək açıq-aşkar vandalizmdir

Rus pravoslav, həmçinin alban kilsələrini dağıtmaq və ya erməniləşdirmək açıq-aşkar vandalizmdir

1 Dekabr 2020 13:23
Bəyəndim (0) Bəyənmədim (0)

Rus pravoslav kilsələrini dağıtmaq, qədim alban tarixi abidələrini məhv etmək və ya erməniləşdirmək açıq-aşkar vandalizmdir.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiyanın aparıcı hərbi eksperti, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko axar.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş Azərbaycan torpaqlarından çıxan ermənilərin törətdikləri bu vandalizmə bəraət qazandırmaq mümkün deyil:

“Dünya anlamalıdır ki, ermənilər heç vaxt yaşamadıqları ərazilərdən çıxırlar. Bu torpaqlar həmişə azərbaycanlılara məxsus olub. Onlar bütün bu tarixi abidələri sadə bir səbəbdən dolayı – onlara heç bir aidiyyəti olmadığı üçün yandırır və məhv edir”.

Oxuməni.az