Rusiyada peyvənd vurulanlar arasında virusa yoluxma halları daha da artıb

Rusiyada peyvənd vurulanlar arasında virusa yoluxma halları daha da artıb

1 Dekabr 2020 11:25
214
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyada koronavirusa pandemiyasına qarşı hazırlanan Sputnik V peyvəndin tətbiq olunduğu 20 nəfər virusa yoluxub.

Oxuməni.az xəbər verir ki, Moskva Dövlət Tibb Universitetinin Seçenov İnstitutunun direktoru Vadim Tarasov məsələ ilə bağlı açıqlama verərək qeyd edib ki, bu şəxslərin peyvənd olduqdan sonra virusa yoluxduqlarını demək düzgün deyil:

"Əgər birinci və ikinci doza arasında xəstələnmisinizsə, bunun səbəbi peyvəndin hələ virusa qarşı immunitet formalaşdırması ilə əlaqədardır".

Qeyd edək ki, bir müddət əvvəl Rusiya ilkin sınaq nəticəsində Sputnik V peyvəndinin 92 faiz virusa təsir etdiyini açıqlamışdı.

Rusiya iddia edirdi ki, peyvənddən sonra yüngül hərarət olacaq və bu, 2-3 gündən sonra ötüb gedəcək. Amma peyvənddən sonra 20 nəfərin koronavirusa yoluxmasına rusiyalı həkimlər müxtəlif adlar altında haqq qazandırmağa çalışırlar. Görünür peyvəndin təsiri çox cüzidir və ya əksinə yeni yoluxmalara səbəb olur...

Oxuməni.az