Frankfurt hava limanı vaksinlərin daşınmasına hazırlaşır

Frankfurt hava limanı vaksinlərin daşınmasına hazırlaşır

30 Noyabr 2020 16:33
245
Bəyəndim (0) Bəyənmədim (0)

Franfurt Hava limanı rəhbərliyi yaxınlarda vaksinlər nəql edəcək yüksək texnologiyalı refrijerator arabalarının alınması üçün investisiyaları artırıb. Belə ki, yeni nəqliyyat vasitələri ilə Avropa və dünyanın müxtəlif ölkələrinə vaksin daşınması həyata keçiriləcək.

Oxuməni.az-ın euornevvs-ə istinadən verdiyi xəbərə görə, Lüfthansa Kargo-nun icraçı direktoru Karin Krestan deyib ki, vaksin daşınmasına hazırda hazırlıq gedir və bu, müəyyən streslə də müşayiət olunur. Onun sözlərinə görə, vaksinin təhlükəsizliyi eyni proseslər qaydasında təmin ediləcək.

Xatırladaq ki, Pfizer firması tərəfindən hazırlanan koronavirus əleyhinə vaksin mənfi 70 dərəcədə saxlanılmalıdır. Pfizer firmasının hazırladığı vaksinlərin dünyanın onlarla ölkəsinə göndərilməsi planlaşdırılıb.

Oxuməni.az