Avropada karantin əleyhinə etiraz aksiyası keçirilib

Avropada karantin əleyhinə etiraz aksiyası keçirilib

30 Noyabr 2020 15:39
Bəyəndim (0) Bəyənmədim (0)

Avropanın iki böyük ölkəsində, Almaniya və Böyük Britaniyada karantin əleyhinə etiraz aksiyası keçirilib.

Oxuməni.az-ın euornevvs-ə istinadən verdiyi xəbərə görə, Almaniyanın Polşa ilə sərhəddə yerləşən Frankfurt şəhərində keçirilən etiraz aksiyasının təşkilatçısı Querdenken qrupu olub. Onlar karantin əleyhinə çıxmaqla insan azadlıqlarını müdafiə etdiklərini bildiriblər. Aksiyanı ultrasağ qüvvələr də müdafiə ediblər. Etirazçılara həmçinin Polşanın Almaniya ilə sərhədində yerləşən Slubitse şəhərinin yüzlərlə sakini də qoşulub. Eyni zamanda Frankfurtda "Faşizmə yer yoxdur!" adlı antifaşist aksiyası da keçirilib.

Londonda keçirilən karantin və vaksinləşmə əleyhinə aksiya isə polis tərəfindən dağıdılıb. Polis 150 nəfər aksiya iştirakçısını həbs edib. İqtidarda olan Konservativlər Partiyasının onlarla deputatı da ölkədə karantin müddətinin artırılmasına etiraz edirlər və onlar bunu açıq şəkildə ölkər rəhbərliyinə bildiriblər. Etirazların artmasından narahat olan hökumət rəsmiləri yaxın günlərdə bəzi güzəştlərə gedə biləcəklərini istisna etmədiklərini bəyan ediblər.

Oxuməni.az