Rusiyalı həkimdən daha bir epidemiya xəbərdarlığı: Bizi ciddi bir epidemiya gözləyir!

Rusiyalı həkimdən daha bir epidemiya xəbərdarlığı: Bizi ciddi bir epidemiya gözləyir!

30 Noyabr 2020 09:54
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyalı həkim və televiziya aparıcısı Aleksandr Myasnikov dünya üçün yüksək ölümlə nəticələnəcək yeni epidemiyanı proqnozlaşdırıb.

Oxuməni.az xəbər verir ki, bu barədə həkim öz "Telegram" kanalında yazıb.

Həkim insanların COVID-19 kimi bir epidemiyaya hazır olmadığını bildirib. Xüsusilə, onlarla mübarizə aparacaq universal bir peyvənd yoxdur:

"35-40 faiz ölüm nisbəti ilə yeni bir virus yayılsa, belə bir universal peyvənd meydana çıxana kimi on milyonlarla insan öləcəkdir. Demək istəyirəm ki, indi bütün alimlərin səylərini belə bir peyvəndin yaradılması üzərində cəmləşdirməliyik! ".

A.Myasnikovun sözlərinə görə, bəşəriyyət üçün məhz qrip - quş, ya da donuz qripi təhlükəsi var:

"Viroloqların yazdıqları kimi: bir-iki mutasiyadan sonra bizi ciddi bir epidemiya gözləyir!"

Oxuməni.az