Fransada 130 mindən çox insan etiraz aksiyalarına qatılıb

Fransada 130 mindən çox insan etiraz aksiyalarına qatılıb

29 Noyabr 2020 09:36
189
Bəyəndim (0) Bəyənmədim (0)

Fransada 130 mindən çox insan məlumat azadlığına dəstək məqsədilə keçirilən etiraz aksiyalarında iştirak edib.

Oxuməni.az xəbər verir ki, bu barədə BFMTV Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Təkcə Parisdə təxminən 46 min etirazçı küçələrə axışıb. Paytaxtdakı yürüş dinc şəkildə başlasa da, sonradan iğtişaşlarla müşayiət olunub. İğtişaşçılar avtomobilləri və köşkləri yandırıb, polisə daş və su şüşələri atmağa başlayıblar. Polis əməkdaşları 46 aksiya iştirakçısını saxlayıb, 23 polis əməkdaşı xəsarət alıb.

Oxuməni.az