Yunanlar Qarabağda yaşananlardan qorxuya düşüb

Yunanlar Qarabağda yaşananlardan qorxuya düşüb

28 Noyabr 2020 17:19
Bəyəndim (0) Bəyənmədim (0)

“Belə getsə, ermənilər kimi Türkiyənin silahlı pilotsuz uçuş aparatlarının qurbanı olacağıq”.

Oxuməni.az xəbər verir ki, bunu Yunanıstanın Kəşfiyyat Bürosunun sabiq üzvü Savvas Kalenderidis deyib.

Dağlıq Qarabağda Ermənistanın Azərbaycan qarşısında məğlubiyyətinə diqqət çəkən kəşfiyyatçı ermənilərin yaşadıqlarının öz başlarına gələ biləcəklərindən qorxduğunu dilə gətirib: “Türk PUA-ları bütün hədəfləri vura bilir. Yunanıstan hökuməti niyə heç nə etmir? Nəyi gözləyirik? Yavaş-yavaş “Mavi Vətən” bölgəsinin türkləşməsinə doğru gedirik”.