Şotlandiyanın Baş naziri gələn il müstəqillik haqqında referendum  keçirmək niyyətindədir

Şotlandiyanın Baş naziri gələn il müstəqillik haqqında referendum keçirmək niyyətindədir

27 Noyabr 2020 14:34
321
Bəyəndim (0) Bəyənmədim (0)

Şotlandiyanın Baş naziri Nikola Sterjen gələn il Holirud (yerli parlament) seçkilərindən dərhal sonra regionun müstəqilliyi ilə bağlı ikinci referendumun keçirilməsini planlaşdırır.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "The Times" qəzeti İTV Border telekanalına istinadən məlumat yayıb.

Həmçinin, Şotlandiya Milli Partiyasının (ŞNP) lideri olan Sterjen bildirib ki, referendumun keçirilməsi ilə bağlı hələ dəqiq tarixi müəyyənləşdirməyib. Amma o əmindir ki, yerli parlamentin yeni çağırışının başlanmasından və gələn ilin mayında keçiriləcək seçkilərin keçirilməsindən dərhal sonra Şotlandiyanın referendum keçirmək imkanı olmalıdır.

Şotlandiyanın müstəqillik məsələsinə dair referendum 2014-cü ildə keçirilib. İştirakçıların 55% - dən az olmayan hissəsi Edinburq ilə London arasında ittifaqın qorunub-saxlanmasının tərəfdarıdır.

Şotlandiya Böyük Britaniyadan fərqli olaraq, Breksit-i dəstəkləməyib. Bu, şotland millətçilərinin müstəqillik haqda yeni referendum ideyasını irəli sürməsinə səbəb olub.

Oktyabr ayında İpsos MORİ sosioloji şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılmasını müdafiə edən sakinlərinin sayı rekord səviyyəyə yüksəlib. Hazırda Şotlandiyanın müstəqillik əldə etməsini respondentlərin 58% - i dəstəkləməyə hazırdır.

Emin Axund