Tramp özünün keçmiş məsləhətçisi Flinni əfv edib

Tramp özünün keçmiş məsləhətçisi Flinni əfv edib

26 Noyabr 2020 11:24
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə keçmiş məsləhətçisi Maykl Flinni əfv edib.

Oxuməni.az kommersant.ru-ya istinadən xəbər verir ki, Flinn Rusiya səfiri ilə əlaqələr barədə FTB-yə yanlış məlumat verməkdə ittiham olunur.

"General Maykl Flinnin tam əfv aldığını bildirmək mənim üçün böyük şərəfdir. General Flinni və onun gözəl ailəsini təbrik edirəm, bilirəm ki, indi sizin həqiqətən fantastik şükran gününüz olacaq",- deyə cənab Tramp Tvitter-də yazıb.

Cənab Flinn 2017-ci ilin əvvəlində cəmi bir neçə həftə prezident müşaviri vəzifəsində çalışıb. O, FTB-yə Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə əlaqələri barədə yalan məlumatlar verdiyini söyləyib. 2016-cı ilin dekabrında Flinn cənab Kislyak vasitəsilə Kremldən ABŞ-ın eks-prezidenti Barak Obamanın təsdiqlədiyi məhdudiyyətlərə cavab olaraq sanksiyalar tətbiq etməməyi xahiş edib. Cənab Flinn yanlış ifadələrin verilməsi ilə bağlı günahını etiraf edib. Cinayət işinə Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən seçkilərə müdaxiləsi məsələsi çərçivəsində baxılıb.

Xatırladaq ki, bir müddət əvvəl cənab Tramp özünün digər keçmiş məsləhətçisi - siyasi texnoloq Rocer Stounu əfv edib. 2020-ci ilin fevral ayında Konqresə yalan məlumat verdiyinə görə, Stoun üç il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Emin Axund