Ərdoğan: Biz milli  təhlükəsizliyimizi təmin etməyə çalışırıq

Ərdoğan: Biz milli təhlükəsizliyimizi təmin etməyə çalışırıq

25 Noyabr 2020 13:29
Bəyəndim (0) Bəyənmədim (0)

“Suriyadan Liviyaya, Aralıq dənizindən Dağlıq Qarabağa qədər apardığımız haqq, azadlıq və ədalət mübarizəmizin əhəmiyyəti ortadadır”.

Oxuməni.az-ın xəbərinə görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyənin heç kimin torpağında gözü yoxdur.

“Biz sadəcə milli təhlükəsizliyimizi təmin etməyə çalışırıq”, - deyə Ərdoğan vurğulayıb.

Oxuməni.az