Rusiya Qarabağda vəziyyətin normallaşdırılması üçün vasitəçilik səylərini davam etdirir

Rusiya Qarabağda vəziyyətin normallaşdırılması üçün vasitəçilik səylərini davam etdirir

24 Noyabr 2020 16:13
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Qarabağda vəziyyətin normallaşdırılması üçün vasitəçilik səylərini davam etdirir.

Oxuməni.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin deyib.

“Biz dostlarımız Azərbaycan və Ermənistanın minlərlə vətəndaşının ölümünə səbəb olan Qarabağdakı döyüş fəaliyyətlərini dayandırmaq üçün səy göstəririk. Bununla belə, biz ATƏT-in Minsk Qrupunda, xüsusilə də onun həmsədrləri – Rusiya, ABŞ və Fransa arasında əldə olunan açar razılaşmaları izləmişik. Əldə edilən əsas məsələ axan qanı dayandırmaq, Azərbaycan, Rusiya prezidentləri, Ermənistan Baş nazirinin atəşkəsə gətirib çıxaran üçtərəfli razılaşmanı qeydə almaq idi”, – deyə o bildirib.