Ermənistanın sabiq xarici işlər naziri Zöhrab Mnatsakanyan ölkəsindən qaçır

Ermənistanın sabiq xarici işlər naziri Zöhrab Mnatsakanyan ölkəsindən qaçır

23 Noyabr 2020 14:13
204
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın sabiq xarici işlər naziri Zöhrab Mnatsakanyan ailəsini ölkədən çıxarmağa hazırlaşır.

Oxuməni.az xəbər verir ki, bu barədə “Mediaport Teleqram” kanalı məlumat yayıb.

Z.Mnatsakanyan BMT-nin baş katibi Antonio Qutterişə noyabrın 20-də işlə bağlı müraciət edib.

Bildirilib ki, o, ailəsinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Ermənistandan aparmaq qərarına gəlib.

Qeyd edək ki, Z.Mnatsakanyan 2014-2018-ci illərdə Ermənistanın BMT-də daimi nümayəndəsi olub. O, 2018-ci il mayın 12-dən 2020-ci il noyabrın 16-dək Ermənistanın xarici işlər naziri vəzifəsini tutub.