Mesut Özil İslam dünyasını "islamofobiyanı mehribanlıqla silahsızlaşdırmağa" çağırıb.

Mesut Özil İslam dünyasını "islamofobiyanı mehribanlıqla silahsızlaşdırmağa" çağırıb.

21 Noyabr 11:56
342
Bəyəndim (0) Bəyənmədim (0)

Türk mənşəli alman futbolçusu Mesut Özil İslam dünyasını "islamofobiyanı mehribanlıqla silahsızlaşdırmağa" çağırıb.

Oxuməni.az xəbər verir ki, futbolçu bu barədə özünün tvitterdəki yazıb.

O, mikrobloqunda Qurandan sitat gətirib: "Xeyir və şər bərabər ola bilməz. Şərə ən yaxşı ilə cavab verin, onda sizinlə düşmən olan yaxın dost kimi olacaq".

"Təəssüf ki, Avropada, dünyanın başqa yerlərində islamofobiya artır və KİV bunda böyük rol oynayır", - London "Arsenal"ının yarımmüdafiəçisi sosial şəbəkədə yazıb.

"Mənim buna şəxsi cavabım: biz islamofobiyaya və islamçılıq əleyhinə belə reaksiya verməliyik - onları gücləndirməmək və silahsızlaşdırmaq üçün mehribancasına susmağa məcbur etməliyik", - 31 yaşlı futbolçu fikirlərini yekunlaşdırıb.

Özil İngiltərə Premyer Liqasının "Arsenal" klubuna 2013-cü ildə keçib. O, "topçular"ın heyətində 254 oyunda 44 qol vurub.

Həmid